Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

Hazırda oxunan: Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

250106

Rusiyada Yol Təhlükəsizliyi Aktına maraqlı dəyişiklik edilib. Belə ki, “B” kateqoriyalı sürücülər imtahan verərək daha geniş kateqoriyalı nəqliyyat vasitələri idarə edə bilirlər. Buraya qar arabaları, həmçinin motorlu oturacaqlı və motorlu təkərli üç, eləcə də dörd təkərli velosipedlər aiddir.

Bəs bu təcrübə Azərbaycanda da istifadə oluna bilərmi? Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlərmi?

Bizim.Media xəbər verir ki, lent.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, gələcəkdə “A1” və “B1” kateqoriyalarını birləşdirmək olar:
 

“Azərbaycanda bu cür nəqliyyat vəsitələrini idarə etmək üçün “A” və “A1” altkateqoriyası var. “B” kateqoriyası isə yalnız 3,5 tona qədər olan nəqliyyat vasitələrini idarə etmək üçündür. Gələcəkdə bizdə də bu təcrübəyə baxmaq və iki kateqoriyanı birində, xüsusən “B1” altkateqoriyasında birləşdirmək olar. 


Rusiyada bu təcrübəyə başlanılırsa, zamanla onun effektivliyinə baxıb, Azərbaycanda tətbiq olunub-olunmayacağını müzakirə etmək olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO