Qardaşını döyən şəxsə HÖKM OXUNDU

Qardaşını döyən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Qardaşını döyən şəxsə HÖKM OXUNDU

250093

Tovuz Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Xıdır Məmmədovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Zaur Hünmətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib.

İttihama görə, hadisə 25 aprel 2025-ci il tarixdə, saat 07 radələrində aralarında Tovuz rayonunda qeydə alınıb.
 

Belə ki, Xıdır Məmmədov sərxoş vəziyyətində olan qardaşı Qulam Məmmədovla (ad, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, yumruqla qardaşının sifət nahiyəsinə bir dəfə vuraraq, ona yüngül zərər yetirib.


Hadisədən sonra Xıdır Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO