Məktəbdə müəllim xəsarət aldı - Direktor cəzalandırıldı

Məktəbdə müəllim xəsarət aldı - Direktor cəzalandırıldı

Hazırda oxunan: Məktəbdə müəllim xəsarət aldı - Direktor cəzalandırıldı

250060

Beyləqan şəhər, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru 1000 manat cərimə edilib.

Bizim.Media xəbər verir ki, buna səbəb dərs zamanı müəllimin məktəbdə yıxılaraq qolunun qırılması barədə müvafiq qurumlara məlumat verməməsi olub.
 

Belə ki, məktəbin tarix müəllimi A.İmanova dərs vaxtı ayağı döşəməyə ilişərək yıxılıb. Bu zaman onun qolu qırılıb. Müəllimin yıxılmasına səbəb döşəmənin yararsız vəziyyətdə olması olub.


Məktəbin direktoru Gülbəniz Cəfərova İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati qaydada cərimə edilib. Buna səbəb də müəllimin xəsarət alması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməməsidir.

Direktor bu cərimədən narazı qalaraq məhkəməyə müraciət edib.

G.Cəfərovanın şikayəti rədd edilib və cərimə cəzası qüvvədə saxlanılıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO