Zaqatalada 200 hektaradək ərazi su altında qalıb

Zaqatalada 200 hektaradək ərazi su altında qalıb

Hazırda oxunan: Zaqatalada 200 hektaradək ərazi su altında qalıb

250043

Son günlər yağan intensiv yağışlar Zaqatalada fəsadlara yol açıb.

Bizim.Media xəbər verir ki, yağışlar nəticəsində Alazan çayında suyun səviyyəsi qalxıb, Katexçayda artan su çayın məcrasının dəyişməsinə səbəb olub.
 

Sel suları Aşağı Çardaqlar kəndində 200 hektaradək əraziyə dolub, 100-dən çox sakinə ziyan vurub. Su basan ərazilərdə əsasən arpa, buğda, yonca və qarğıdalı sahələri ziyan çəkib.


Sakinlərin dediyinə görə, hazırda əkin sahələrində suyun hündürlüyü 1.5 metrə çatır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Zaqatala Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, çaylara və su basan ərazilərə baxış keçirilib.

Suyun səviyyəsinin yüksək olmasına görə hazırda ərazidə işləmək mümkün deyil. Su müəyyən qədər çəkiləndən sonra lazımi tədbirlər görüləcək. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO