Şəki şəhər Uşaq-gənclər inkişaf mərkəzində baş tutan intellektual məktəb çempionatının zona mərhələsində 6 komanda mübarizə aparıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şagirdlərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına dəstək vermək, analitik təfəkkürə malik, müxtəlif sahələrdə bilikləri ilə fərqlənən gəncləri aşkar etmək məqsədi ilə təşkil olunan belə yarışlara hər il maraq artır.
Ölkənin müxtəlif bölgələrindən olan ən güclü məktəb komandalarının müəyyənləşdirilməsi və şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi də çempionatın əsas hədəflərindəndir.
Belə ki, yekinda daha güclülər müəyyənləşir və onlar ölkəmizi dünya səviyyəli beynəlxalq bilik və intellektual yarışlarda təmsil edirlər.
Qeyd edək ki, maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışının yekununda Qax rayonunu təmsil edən komanda zona mərhələsinin qalibi adını qazanıb. Qalib komanda cari ilin avqust ayında Bakı şəhərində keçiriləcək breyn-rinq yarışında iştirak edəcək.
Çempionatın sonunda qalib komandaya medallar və kubok təqdim olunub.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu