Bir qrup şəhid ailəsi və qazilər Xankəndidə - FOTO

Bir qrup şəhid ailəsi və qazilər Xankəndidə - FOTO

Hazırda oxunan: Bir qrup şəhid ailəsi və qazilər Xankəndidə - FOTO

249957

Sumqayıtda yaşayan bir qrup şəhid ailəsi və Vətən müharibəsi qaziləri Xankəndi şəhərinə səfər ediblər.

Bizim.Media xəbər verir ki, səfər iştirakçıları Xankəndi şəhər meydanında olub, buradan şəhərin ümumi mənzərəsini seyir ediblər. Onlar şəhərdə aparılan geniş quruculuq-abadlıq işləri ilə tanış olublar.

Şəhərin mərkəzində olan istirahət parkında gəzinti qonaqlar üçün xüsusilə yaddaqalan olub.

Deputat Səbinə Salmanova Sumqayıt Musiqi kollecinin məzunu olmuş və hazırda Qarabağ Universitetində eyni ixtisas üzrə təhsil alan tələbələrdən səfər iştirakçılarına qoşulmasını istəyib.

Səfər iştirakçılarına qoşulan tələbələr açıq havada fortepiano ifası ilə vətənpərvərlik mahnılarını səsləndirib.

Şəhid ailələri Xankəndi şəhər stadionu və şəhərin digər görməli yerləri ilə də tanış olublar.(Report.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO