"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin hazırda davam edən finalında ölkələr səsvermənin nəticələrini açıqlayıblar.
Bizim.Media xəbər verir ki, Azərbaycandan olan səsverməni "Avroviziya 2010" təmsilçimiz Safurə Əliyeva təqdim edib.
Azərbaycan 12 xalı İsrailə verib.
Digər sıralama isə belədir:
- 10 xal - İtaliya
- 8 xal - Ukrayna
- 7 xal - Estoniya
- 6 xal - Portuqaliya
- 5 xal - İspaniya
- 4 xal - Polşa
- 3 xal - Niderland
- 2 xal - Almaniya
- 1 xal - İsveçrə
Hazırda 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparır.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.
Xatırladaq ki, 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci "Avroviziya" mahnı müsabiqəsində Safurə Əliyeva 145 xalla 5-ci yeri tutmuşdu.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:26 / 18.05.2025
Azərbaycan "Avroviziya 2025"də 12 xalı bu ölkəyə verdi - VİDEO
Hazırda oxunan: Azərbaycan "Avroviziya 2025"də 12 xalı bu ölkəyə verdi - VİDEO
Hazırda oxunan: Azərbaycan "Avroviziya 2025"də 12 xalı bu ölkəyə verdi - VİDEO
249938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.