Avro yenidən bir dollara düşəcək? - PROQNOZ

Avro yenidən bir dollara düşəcək? - PROQNOZ

Hazırda oxunan: Avro yenidən bir dollara düşəcək? - PROQNOZ

249928

Son aylarda Avropa Mərkəzi Bankının faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərin artması avro/dollar paritetinin bərabərləşəcəyinə dair qənaət formalaşdırır. 

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ və Almaniyanın iri banklarının rəsmiləri açıqlama verib. 

 

Həmin banklar xəbərdarlıq edir ki, Avropa Mərkəzi Bankı ilə FED (ABŞ mərkəzi bankı) arasında faiz dərəcəsinin endirilməsi yolunda fikir ayrılığının yaranması avronun məzənnəsinin ucuzlaşmasına səbəb olacaq. 

 

“Bank of New York Mellon” proqnozlaşdırır ki, bu il avro/dollar kursu 1-ə düşəcək. Adıçəkilən bank Avropa Mərkəzi Bankının apreldə faiz dərəcələrin azaldacağını ehtimal edir. 

 

Düzdür, “Bloomberg” sorğusunda iştirak edən strateqlərin heç biri əsas ssenaridə paritetin 1 olacağını proqnozlaşdırmayıb. Çünki bunun üçün avronun 8 faizə yaxın ucuzlaşması lazımdır. 

 

Lakin 2022-ci ildə də mütəxəsislər iki valyuta arasında paritetin bərabərləşəcəyini gözləmədikləri halda bu, baş vermişdi. Həmin dövrdə 1,08 dollar olan avro sürətlə ucuzlaşaraq 0,97 dollara düşmüşdü. 

 

Bankirlər düşünür ki, FED faizləri azaltmayacağı təqdirdə Avropa Mərkəzi Bankı faizləri azaldarsa avronun ucuzlaşmasının qarşısını almaq mümkün olmayacaq. Daha çox ehtimal edilən variant odur ki, 2024-cü ilin sonuna doğru və ya 2025-ci ilin əvvəlində avro bir dollar olacaq.

 

Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO