İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin finalı başlayıb.
Bizim.Media xəbər verir ki, mahnı müsabiqəsinin finalında 20 ölkə təmsilçisi mübarizə aparacaq. Bunlar Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstandır.
Proqramın yekununda səsvermə mərhələsi keçiriləcək və iştirak edən ölkələr səs verəcəklər.
Sonda qalib müəyyənləşəcək və "Avroviziya-2026" həmin iştirakçının ölkəsində keçiriləcək.
Qeyd edək ki, Azərbaycanı Avroviziyada təmsil edən “Mamagama” qrupu final mərhələsinə vəsiqə qazana bilməyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:41 / 17.05.2025
"Avroviziya-2025"in final mərhələsi BAŞLADI
Hazırda oxunan: "Avroviziya-2025"in final mərhələsi BAŞLADI
Hazırda oxunan: "Avroviziya-2025"in final mərhələsi BAŞLADI
249923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.