Bu universitet 345 vakansiya ELAN ETDİ - FOTO

Bu universitet 345 vakansiya ELAN ETDİ - FOTO

Hazırda oxunan: Bu universitet 345 vakansiya ELAN ETDİ - FOTO

249915

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə ADNSU-dan məlumat verilib.

Belə ki, müvafiq vakant vəzifələr aşağıdakılardır:



 

Tələblər:

  • Elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, (müəllim üçün minimum magistr təhsilli) müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;

  • Pedaqoji qabiliyyət;

  • Tədrisin təşkili üzrə bacarıqlar;

  • Tədris texnologiyalarından istifadə bacarığı;

  • Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;

  • Yüksək peşə-ixtisas təcrübəsi;

  • Vəzifənin etik davranış qaydalarına sadiqlik.

Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

  • Akademik CV -(yüklə)

  • Diplomların notariat qaydasında təsdiq olunmuş surəti.

Müraciət tarixləri:

16 may 2025-ci il tarixindən 16 iyun 2025-ci il tarixinədək.

Əlaqə telefonu: +994515163042

CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə [email protected] ünvanına göndərməyiniz tələb olunur.

Qeyd edək ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO