"ChatGPT"nin inanmayacağımız funksiyaları gəlir: Rəhbər Sem Altman açıqladı

"ChatGPT"nin inanmayacağımız funksiyaları gəlir: Rəhbər Sem Altman açıqladı

Hazırda oxunan: "ChatGPT"nin inanmayacağımız funksiyaları gəlir: Rəhbər Sem Altman açıqladı

249810

"OpenAI"nin rəhbəri Sem Altman gələcəkdə "ChatGPT"ni insanın şəxsi həyat köməkçisi kimi görür - o, istifadəçinin bütün həyatını yadda saxlaya biləcək süni intellekt modeli yaratmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə hightech.plus xəbər verib.

Altmanın idealına görə, bu, bir trilyon tokenlik kontekstə malik "balaca düşüncə modeli" olacaq. Model insanın danışıqlarını, oxuduğu kitabları, baxdığı səhifələri və digər şəxsi məlumatları analiz edə biləcək.

Altman qeyd edir ki, bu cür süni intellekt modeli insanın gündəlik həyatını davamlı olaraq yeniləyəcək və idarə edə biləcək. Məsələn, avtomobil texniki baxışına vaxt təyin etmək, toy səfərini planlamaq və hədiyyə sifariş etmək kimi işləri özü yerinə yetirəcək.
 

O bildirir ki, gənclər artıq "ChatGPT"dən həyat məsləhətçisi kimi istifadə edirlər.


"Yaşlılar "ChatGPT"dən sadəcə "Google" əvəzi kimi istifadə edirlər, 20-30 yaşlı insanlar isə onu həyat üzrə məsləhətçi kimi görürlər", - deyə Altman əlavə edib.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər: süni intellekt modellərinə hələ tam güvənmək olmaz.

Məsələn, "ChatGPT" son zamanlar bəzi istifadəçilərin təhlükəli ideyalarını belə təsdiqləyib və zaman-zaman reallığa uyğun olmayan məlumatlar uydura bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO