DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib - FOTO

DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib - FOTO

Hazırda oxunan: DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib - FOTO

249800

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 15 və 16 may 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati binasında təlimçi Anar Həsənov tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, təlim zamanı iştirakçılar təqdimata hazırlıq, auditoriya ilə işin əsas xüsusiyyətləri, təqdimatın forma və strukturunun müəyyən edilməsi, təqdimatın strukturunun hazırlanması və tezislərin ardıcıllığının müəyyən edilməsi, auditoriya ilə əlaqənin qurulması, kommunikasiya kanalları, səsin düzgün tənzimlənməsi, təqdimat zamanı bədən dili, ilk təəssüratın yaradılması, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO