Ağdaşda AĞIR QƏZA: Ölən və yaralılar var

Ağdaşda AĞIR QƏZA: Ölən və yaralılar var

Hazırda oxunan: Ağdaşda AĞIR QƏZA: Ölən və yaralılar var

249795

Ağdaşda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu axşam saat 21 radələrində Ağdaş rayonu ərazisində 32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasına dəyib, daha sonra isə yük avtomobili ilə toqquşub.

Nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO