Məktəblilərimiz ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazandılar - FOTO

Məktəblilərimiz ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazandılar - FOTO

Hazırda oxunan: Məktəblilərimiz ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazandılar - FOTO

249787

10-16 may tarixlərində ABŞ-ın Ohio ştatının Kolumbus şəhərində Beynəlxalq Elm və Mühəndislik yarışması təşkil edilib.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, yarışmada sistem proqram təminatı (“Systems Software”) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.

Qeyd edək ki, artıq 14 ildir ki Azərbaycan məktəbliləri bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də “Grand” mükafat qazanmağa müvəffəq olublar.

Bildirilib ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (“Regeneron ISEF”) şagirdlər arasında keçirilən dünyanın ən böyük qlobal elm yarışmasıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO