Dünyanı qorxuya salan COVİD XƏBƏRDARLIĞI – Pandemiya geri QAYIDIR?

Dünyanı qorxuya salan COVİD XƏBƏRDARLIĞI – Pandemiya geri QAYIDIR?

Hazırda oxunan: Dünyanı qorxuya salan COVİD XƏBƏRDARLIĞI – Pandemiya geri QAYIDIR?

249724

Deyəsən, koronavirus yenidən baş qaldırmağa başlayıb. Belə ki, Sinqapur və Honqkonqdan COVİD-19-la bağlı gələn xəbərlər dünya ictimaiyyətində narahatlıq doğurub.

Sinqapurun səhiyyə naziri Ong Ye Kung rəsmi açıqlamasında bildirib ki, ölkədə yoluxma hallarında ciddi artım müşahidə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Koronavirusun yeni dalğası GƏLİR – Bir həftədə 25 min yoluxma...


Onun sözlərinə görə, təkcə bir həftə ərzində 25 mindən çox yeni yoluxma qeydə alınıb. Bu rəqəm əvvəlki dövrlə müqayisədə iki dəfədən çoxdur. Nazir qeyd edib ki, bu artım əsasən KP.1 və KP.2 adlı yeni altştamların yayılması ilə bağlıdır.

Honqkonqda da oxşar vəziyyət yaşanır. Şəhər hakimiyyəti virusun yeni ştamlarının yayılmasından narahatdır. Səhiyyə rəsmiləri əhalini diqqətli olmağa, maskalardan istifadə etməyə və immuniteti gücləndirməyə çağırıb. Rəsmilər yaxın həftələrdə yoluxma sayının daha da arta biləcəyini istisna etmirlər. Buna görə də yenidən müəyyən məhdudiyyətlərin tətbiqi ehtimalı gündəmə gəlib.

Mütəxəssislər bildirirlər ki, hazırda yayılan ştamlar əvvəlkilərlə müqayisədə daha yoluxucudur, lakin ağır simptomlara səbəb olmaq ehtimalı nisbətən azdır.

Görəsən, mövcud təhlükə Azərbaycanda da sürətlə yayıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında tibb elmləri namizədi Aydın Əliyev bildirib ki, artıq COVİD-in öldürücü heç bir təhlükəsi yoxdur:

“Koronavirus mövzusu artıq bağlanıb. COVİD-19 dəfələrlə mutasiyaya uğrayıb və bu virusun öldürücülüyü sıfırdır. Yoluxma halında xəstəliyin ağır keçirilməsi ehtimalı da minimumdur. Milyarda yaxın insan bu virusa yoluxsa da, artıq onun heç bir təhlükəsi yoxdur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO