Neçə taksi sürücüsü imtahandan KƏSİLİB? – Rəsmi AÇIQLAMA

Neçə taksi sürücüsü imtahandan KƏSİLİB? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Neçə taksi sürücüsü imtahandan KƏSİLİB? – Rəsmi AÇIQLAMA

249723

Ötən ilin (2024) avqust ayından etibarən taksi sürücüləri imtahana cəlb olunurlar. Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda xüsusi hazırlıq keçmiş sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir və 10 (on) və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar. Uğur qazananlara etibarlılıq müddəti 7 il olan şəhadətnamə təqdim edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu taksi sürücüləri CƏRİMƏ OLUNACAQ


Bir saat davam edən imtahanda iştirak etmək üçün sürücülər 35 manat məbləğində pul ödəməlidirlər.

Hər bir imtahanda olduğu kimi bu imtahanda da uğur qazanmayan, qoyulan tələblərə cavab verməyən iştirakçılar var.

Bəs indiyədək nə qədər sürücü imtahanda iştirak edib? Uğur qazanan və qazanmayan sürücülərin sayı nə qədərdir?

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu vaxta qədər 13 mindən çox sürücü imtahanda iştirak edib:

“İmtahanlarda 13 min 64 nəfər sürücü iştirak edib. Onlardan 11 min 339 nəfər, yəni 86,7 faizi imtahanı müvəfəqiyyətlə verib”.

Bu da o deməkdir ki, imtahan olunan sürücülərin bir min 7 yüz 25 (1725) nəfəri, yəni 13,2 faizi imtahandan kəsilib.

Qeyd edək ki, taksi sürücüləri üçün növbəti imtahanlar 29 may və 29 iyun tarixlərində keçiriləcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO