“65 yaşa çatmış tibb işçilərinin sertifikasiyaya cəlb edilməməsi məsələsi ilə razı ola bilmirəm. Ona görə ki, onların mütəmadi olaraq fəaliyyət müddətini uzadırıq. Bir neçə il uzadaraq ən aşağı 70 ilə yaxın yaşı olan insanlar çalışır və biz onlara böyük hörmətlə yanaşırıq. 65 yaşlı həkimlərin sertifikasiyaya cəlb olunması həmçinin onların əqli fəaliyyətini də qiymətləndirir”.
Bizim.Media xəbəbr verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bidirib ki, gələcəkdə 70 yaşı olan həkimlərin əqli fəaliyyətini qiymətləndirmək üçün komissiya yaradıla bilər:
“Bəzi ölkələrdə 70 yaşından sonra tibb işçiləri üçün xüsusi komissiya yaradılır. Onlar hər il o komisisiyadan keçirlər, əgər əqli fəaliyyətləri normaldırsa, onlara həmin peşə çərçivəsində fəaliyyətlərini davam etdirməyə icazə verilir. Bu, gələcəyin məsələsidir. Səhiyyyə Nazirliyi tərəfindən bu istiqamətdə də addımlar atılır”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:48 / 16.05.2025
65 yaşına çatmış həkimlər də sertifikasiyaya cəlb ediləcək – RƏSMİ
Hazırda oxunan: 65 yaşına çatmış həkimlər də sertifikasiyaya cəlb ediləcək – RƏSMİ
Hazırda oxunan: 65 yaşına çatmış həkimlər də sertifikasiyaya cəlb ediləcək – RƏSMİ
249703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.