“Səhiyyə Nazirliyi hazırda Akademik M.A Topçubaşov adına elmi-cərrahiyyə mərkəzinin nəzdində plastik və rekonstruktiv cərrahiyyə şöbəsini yaradır və tam təchiz edir”.
Bizim.Media xəbəbr verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, həmin şöbədə komissiyadan keçən 42 cərrah fəaliyyət göstərəcək:
“Həmin şöbədə komissiyadan keçən 42 mütəxəssis, onların içərisində xaricdə təhsil almış həmyerlilərimiz, hətta aralarında tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş insanlar var və bu işə onlar cəlb olunurlar. Düşünürəm ki, bu şöbə nümunəvi olacaq”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi müvafiq qurumlarla birgə plastik cərrahların fəaliyyətini təftiş etmək üçün xüsusi komissiya yaradılmışdı. Komissiyanın rəyinə görə, 42 plastik cərrahın fəaliyyəti təsdiqlənib.
Günay Şahmar, Bizim.Media