4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı "Gold Palace", "Okean", "Green House", "Xəlifə", "Qərb", "Həyat Saray", “Bəyaz Saray”, “Sevgi Palace” şadlıq sarayları, eləcə də "Xan”, "Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, faktlarla bağlı sözügedən ictimai-iaşə obyektlərinin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:38 / 16.05.2025
Tanınmış şadlıq sarayları CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Tanınmış şadlıq sarayları CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Tanınmış şadlıq sarayları CƏRİMƏLƏNDİ
249678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.