SAT imtahan nəticələri ilə hansı universitetlərə qəbul APARILACAQ? – Rəsmi AÇIQLAMA

SAT imtahan nəticələri ilə hansı universitetlərə qəbul APARILACAQ? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: SAT imtahan nəticələri ilə hansı universitetlərə qəbul APARILACAQ? – Rəsmi AÇIQLAMA

249655

Buraxılış və ali məktəblərə qəbul imtahanları başlayandan proseslə bağlı müxtəlif məlumatlar yayılır.

Bu dəfə SAT-la (Scholastic Aptitude Test - sxolastik qabiliyyət testi) universitetlərə qəbul məsələsi müzakirə edilir.

Bildirilir ki, bu il daha 3 ali məktəb - Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti SAT imtahan nəticələri ilə tələbə qəbul edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

DİM-dən abituriyentlərə ÇAĞIRIŞ – Bunu etməyin!


Qeyd edək ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində SAT imtahan nəticəsi ilə yeganə ADA Universitetidir ki, Azərbaycan və xarici vətəndaşların qəbulunu həyata keçirir.

Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə ilə əlaqə saxladıq.

Mətbuat katibi Bizim.Media-ya açıqlamasında məlumatın doğru olmadığını bildirdi:

“Bu imtahanın nəticəsi ilə yalnız ADA Universiteti  tələbə qəbul edir”.

Elə Xəzər Universitetindən də oxşar cavabı aldıq:

“Azərbaycanda dövlət imtahan şərtlərinə uyğun olaraq ADA-dan başqa heç bir universitet bu imtahanla  tələbə qəbul edə bilməz”.

İqtisad Universitetindən də məsələyə münasibət bildirdilər:

”Əvvəllər UNEC-ə SAT-la qəbul var idi, hazırdasa yoxdur”, deyə qeyd olunub.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO