Hava ilə bağlı yeni xəbərdarlıq – Oktyabrın 15-nə qədər…

Hava ilə bağlı yeni xəbərdarlıq – Oktyabrın 15-nə qədər…

Hazırda oxunan: Hava ilə bağlı yeni xəbərdarlıq – Oktyabrın 15-nə qədər…

249637

Azərbaycanda may ayı başlayandan bəri havalar əsasən sərin və yağıntılı keçib. Apreldə də oxşar mənzərənin müşahidə olunması bir sıra iddiaların yaranmasına səbəb olub. Bildirilir ki, əsl yaz havası payıza, xüsusilə oktyabr və noyabr aylarına təsadüf edə bilər. Bu vəziyyət cəmiyyətdə “yaz və payız ayları yerini dəyişir” fikrini gücləndirir.

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya” kafedrasının müdiri Fəqan Əliyev aylar öncə proqnoz verməyin çətin olduğunu deyib:
 

“Dünyada iqlim dəyişikliyi gedir. Araşdırmalar göstərir ki, may Azərbaycanda ən stabil, komfort aydır və nadir halda quraqlıq olur. Eyni zamanda sentyabrın 15-dən oktyabrın 15-nə qədər vəziyyət komforta nisbətən yaxındır”.


Ekspert qeyd edib ki, iqlim dəyişikliyi tullantı müharibələri ilə əlaqədardır:

“Çin, ABŞ, Rusiya, Hindistan apardığı sınaqlarla, döyüşlərlə dünyanı viran qoyur. Həm quruda, həm də dəniz və okeanlarda nüvə silahları təcrübə edilir, atmosferə tullantılar atılır və sair. Artıq okeanlarda heyvanlar da formasını dəyişib. Havanın yayda soyuq, qışda isti keçməsi bu oyunlara görədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO