İrandan Rusiyaya aparılan "brokoli və kahı” yükündə 118 kq narkotik aşkarlandı – FOTO

İrandan Rusiyaya aparılan "brokoli və kahı” yükündə 118 kq narkotik aşkarlandı – FOTO

Hazırda oxunan: İrandan Rusiyaya aparılan "brokoli və kahı” yükündə 118 kq narkotik aşkarlandı – FOTO

249624

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla - tərəvəz yükünün içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib.

Bu barədə Bizim.Media-ya DGK-dən məlumat verilib.
 

Bildirilib ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Brokoli və kahı” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.


Əsaslı yoxlama zamanı kinoloji xidmət iti paletlərdən birindəki 32 qutuya reaksiya verib.

Həmin qutulardakı 32 ədəd bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 118 kiloqram 444 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO