Dondurma haqqında bilmədikləriniz

Dondurma haqqında bilmədikləriniz

Hazırda oxunan: Dondurma haqqında bilmədikləriniz

24961

1. Dondurma tək desert deyil, bu həm də çox faydalı məhsuldur.
Dondurmanın tərkibində xeyirli vitamin (A, B, E, D) və mikroelementlər (kalsium, fosfor, dəmir, maqnezium) var.

2. Bir çox insanların fikirinə görə, dondurma anginaya səbəb ola bilər. Lakin bu belə deyil. Əgər insan dondurmanı asta-asta yeyərsə, onun boğazı ağrımayacaq. Əksinə olaraq bunun nəticəsində ağız boşluğu selikli qişaların immuniteti möhkəmlənir və insan daha gec-gec xəstələnir. Bəzi lor-həkimlər anginadan əziyyət çəkən insanlara məhz belə qeyri-adi möhkəmlənmə üsulunu tövsiyə edirlər.

Lakin dondurmanı dişləyə-dişləyə yemək olmaz. Bu həm dişlər, həm də boğaz üçün ziyanlıdır.

3. Normal miqdarlarda qəbul etdikdə (gündə 1 dəfə) dondurma (xüsusilə südlü, meyvəli-giləmeyvəli növləri) kökəlməyə səbəb olmur.  Əksinə dondurma insanda çox tez toxluq hissi yaradır ki, nəticədə 1 qida qəbulunu dondurma ilə əvəz etmək mümkündür. Beləliklə, dondurma hətta arıqlamağa kömək edə bilər.

4. Dondurma yeyən insan əhval-ruhiyyəsinin yaxşılaşmasını hiss edir. Məsələ burasındadır ki, dondurmanın qəbulu insanın orqanizmində "serotonin" hormonun yaranmasını stimullaşdırır. Bu maddənin təsirindən insan özünü daha xoşbəxt hiss edir. Beləliklə, stress vəziyyətinə düşmüsünüzsə, dondurma yeyin.

5. Dondurmanın qəbulu bəzi insanlarda baş ağrısına səbəb ola bilər. Bu damarların sıxılması ilə izah olunur.

6. Kalsium elementi ilə zəngin olan dondurma bu elementin defisitindən əziyyət çəkən hamilə qadınlar üçün olduqca xeyirlidir.

7. Xarici ölkələrdə ənənəvi şirin dondurma ilə yanaşı, duzlu, istiotlu, qızarmış kartof, pendir, soğan, göbələk və s. dadı olan dondurma satılır.

8. Rusiyada dondurmanı həm isti yayda, həm də soyuq qışda yeyirlər. Bu adət bir çox turistləri təəccübləndirir.

9. Dondurmanı seçdikdə onun tərkibinə fikir verin. Yaxşı dondurmanın tərkibində kokos, palma və digər bitki yağlar olmamalıdır. Yaxşı dondurmanın tərkibində yalnız təbii kərə yağı, qaymaq və süd ola bilər.

10. Yaxşı dondurma ağappağ olmamalıdır. Bu o deməkdir ki, dondurma təbii süddən yox, soyadan hazırlanıb. Təbii dondurma növündən asılı olaraq süd rəngində (südlü dondurma) və ya sarımtıl (daha yağlı plombirlər) ola bilər.

11. Dondurma aldıqda fikir verin ki, onun qablaşması (vaflılı stəkan və s.) əzik olmasın. Əks halda bu o deməkdir ki, dondurma əriyib, sonra isə təkrar dondurulub. Bu isə həm məhsulun dadına mənfi təsir edir, həm də zəhərlənmə təhlükəsi artır.

12. Yaxşı dondurma çox gec əriyin, dərhal suya dönmür.

Sağlamolun

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO