Odessa şəhərində “Azərbaycan” parkı salınacaq - FOTO

Odessa şəhərində “Azərbaycan” parkı salınacaq - FOTO

Hazırda oxunan: Odessa şəhərində “Azərbaycan” parkı salınacaq - FOTO

249573

Ukraynanın Odessa şəhərində “Azərbaycan” parkının salınması üçün ilkin razılıq əldə olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Odessa şəhərinin meri Qennadi Truxanov sosial media səhifəsində məlumat verib.
 

“Odessanın yaxşı ənənəsi var - dostlarımızın yaratdığı parklar. “İstanbul” və “Yunan” parkı, indi onlara “Azərbaycan” parkı da qoşulacaq”, - deyə Truxanov əlavə edib.


Merin sözlərinə görə, Azərbaycanın diaspor nümayəndələri ilə görüşündə parkın salınması detalları müzakirə edilib. 2013-cü ildən nəzərdə tutulan parkın yaradılmasının maliyyəsini tam olaraq Azərbaycan diasporu öz üzərinə götürüb.

Merlə görüşdə iştirak edən “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, parkda Odessanın ən gözəl fantanı, Azərbaycanın tanıtım muzeyi, uşaqlar üçün istirahət zonası, idmanla məşğul olmaq üçün xüsusi zona, “Azərbaycan” adı ilə fotozona nəzərdə tutulub. Parkın ərazisi 3,15 hektardır.

“Görüşdə “Birlik” Təşkilatının sədri vəzifəsini icra edən Cəlil Astanov da iştirak edirdi. Merlə görüşdə parkın layihələndirməsi razılaşdırıldı və yaxın günlərdə işə başlanılacaq”, - deyə diaspor üzvü əlavə edib.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO