Elgünün qətlinə səssiz qalmadılar... - FOTO/VİDEO

Elgünün qətlinə səssiz qalmadılar... - FOTO/VİDEO

Hazırda oxunan: Elgünün qətlinə səssiz qalmadılar... - FOTO/VİDEO

249529

Xəbər verdiyimiz kimi, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verri ki, bütün bu tədbirlərlə yanaşı, sosial şəbəkələrdə də aksiya başladılıb.

Belə ki, bir sıra müğənni və bloqerlər instaqram hesablarının hekayə bölümündə Elgünün qətli ilə bağlı paylaşım edərək gənc oğlanın cinayətin qurbanı olmasına səssiz qalmayıblar.

Xatırladaq ki, bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib:
 

“Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda... Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri... Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə... Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi”.


Peşə məktəbinin mühafizəçisi Valeh Muradov isə bildirib ki, ərazini gəzən başqa bir mühafizəçi inilti səsini eşidib və həmin an Elgünü aşkarlayıb. Daha sonra polisə və təcili yardıma xəbər ediblər.

Qeyd edək ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstəribmiş.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO