TƏCİLİ! Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA

TƏCİLİ! Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA

Hazırda oxunan: TƏCİLİ! Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA

249518

Xəbər verdiyimiz kimi, bu ilin fevralında Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımov vəzifəsindən azad edilib.

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, Azər Qasımov vəzifəsini itirdikdən sonra KİV-də onunla bağlı müxtəlif məlumatlar yayılmağa başlanıb.

Bildirilir ki, onun Rusiyanın Yekaterinburq şəhərində baş konsul olaraq çalışan qardaşı Sultan Qasımov bir sıra xoşagəlməz problemlərlə üz-üzə qalıb.

Sultan Qasımovun müxtəlif şəxslərə borcunun yarım milyonu ötdüyü, Azər Qasımovun onu həmin şəxslərdən müdafiə etdiyi qeyd edilirdi.

Demokrat.az yayılan iddialarla bağlı Azər Qasımovun özü ilə əlaqə saxlayıb. Lakin Azər Qasımov geridönüş etsə də, saytın əməkdaşı jurnalist olduğunu deyən kimi danışmaq istəməyib:

"Vaxtım yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO