Ağdaşda 6 gün öncə itkin düşən qadın AXTARILIR

Ağdaşda 6 gün öncə itkin düşən qadın AXTARILIR

Hazırda oxunan: Ağdaşda 6 gün öncə itkin düşən qadın AXTARILIR

249485

Ağdaşda altı gün əvvəl itkin düşən 66 yaşlı qadının axtarışları davam etdirilir.

Bizim.Media xəbər verir ki, rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Əkbərova mayın 9-u yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Əkbərovanın axtarışını Yuxarı Şirvan kanalının rayonun Dəhnə və Bulaqotağı kəndi və Göyçay rayonu ərazisindən keçən hissəsində davam etdirir.

Qeyd edək ki, Nazilə Əkbərovaya məxsus geyim və əşyalar Şirvan kanalının onun yaşadığı evin yaxınlığından keçən hissəsinin kənarında tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO