Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti TAPILDI

Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti TAPILDI

Hazırda oxunan: Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti TAPILDI

249475

Xəbər verdiyimiz kimi, Gürcüstanda aprelin əvvəlindən itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayına düşən avtomobilin içərisindən tapılıb.

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az”ın “Rustavi 2” telekanalına istinadən məlumatına görə, xilasedicilər axtarış əməliyyatı zamanı Kürdən daha 2 nəfərin meyitini aşkar edərək çıxarıb.

Bildirilib ki, həmin iki nəfər dünən Kürə düşən maşının içərisindən çıxarılıb. Hadisə zamanı avtomobildə 4 nəfər olub, onlardan biri özünü ataraq xilas ola bilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanda itkin düşən Aytacın meyiti tapıldı - FOTO


Hazırda digər bir şəxsin axtarışları davam etdirilir.

Qeyd olunub ki, axtarış zamanı çaya düşən avtomobil də tapılıb. Axtarış əməliyyatı üçün isə Kürdə suyun səviyyəsinin endirildiyi də vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO