Ananın 32 illik həsrəti SONA çatdı – Elşənin məzarı olacaq – FOTO

Ananın 32 illik həsrəti SONA çatdı – Elşənin məzarı olacaq – FOTO

Hazırda oxunan: Ananın 32 illik həsrəti SONA çatdı – Elşənin məzarı olacaq – FOTO

249474

"Anam Sinəgülə Elşənin qalıqlarının tapılmasını bir həftə əvvəl dedik. Şəkəri, təzyiqi var. Güclə özünə gətirdik. Hamımız Elşənin sağ gəlməsini gözləyirdik. Bununla belə anam da, bütün ailəmiz də sevindik ki, heç olmasa məzarı olacaq".

Bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı və sabah dəfn olunacaq Elşən Ərzumanovun qardaşı Vahid Ərzumanov Bizim.Media-nın şimal bürosuna deyib.

Onun sözlərinə görə Elşən ailədə ilk övlad olub. 23 mart 1974-cü ildə doğulan Elşən Murovdağda xidmət edib, 5 aprel 1993-cü ildə isə itkin düşüb. Qardaşı Vahid Ərzumanov qeyd edib ki, 32 ildən sonra qardaşının nəşinin qalıqlarının tapılması onlara bir təsəllidir:

“Anamın gözləri yollardan yığılar, gedib bundan sonra məzarını ziyarət edər"- deyə o, vurğulayıb.

Hazırda vaxtilə şəhidin yaşadığı ata evi yerləşən küçə Elşən Ərzumanovun adını daşıyır.

Birinci Qarabağ Müharibəsinin itkin şəhidi Elşən Ərzümanov mayın 16-da Quba Şəhidlər Xiyabanında torpağa tapşırıılacaq.















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO