14 yaşlı Nərminənin əməliyyat zamanı ölümünə görə iki həkimə cinayət işi açıldı

14 yaşlı Nərminənin əməliyyat zamanı ölümünə görə iki həkimə cinayət işi açıldı

Hazırda oxunan: 14 yaşlı Nərminənin əməliyyat zamanı ölümünə görə iki həkimə cinayət işi açıldı

249455

Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, istintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyənləşib.
 

Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Qeyd edək ki, ötən il Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, həkimlər qıza həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO