Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

Hazırda oxunan: Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

249447

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regional idarələrdə kadr təyinatı aparıb.

Bizim.Media “qaynarinfo.az”a istinadla xəbər verir ki, Təyyar Səlahəddin oğlu Quliyev İsmayıllı Regional Turizm İdarəsinə rəis təyin edilib.

Şahin Abid oğlu Məlikov Şəki Regional Turizm İdarəsinə, Samir Bakir oğlu Cabarov Quba Regional Turizm İdarəsinə rəhbərlik edəcəklər.

Bir neçə ay əvvəl Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinin rəisi Fariz Rasim oğlu Qarayev vəzifəsindən azad edilərək, Gəncə Regional Turizm İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi. Tural Adil oğlu Kərimov isə Mingəçevir Regional Turizm İdarəsinin rəisi təyin edilib.

Onu da xatırladaq ki, işində yol verdiyi nöqsanlara görə Fuad Nağıyevə bu il martın 4-də şiddətli töhmət elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO