Bizim.Media-nın qaldırdığı qanunsuz parklanma ilə bağlı problem HƏLLİNİ TAPDI - FOTO

Bizim.Media-nın qaldırdığı qanunsuz parklanma ilə bağlı problem HƏLLİNİ TAPDI - FOTO

Hazırda oxunan: Bizim.Media-nın qaldırdığı qanunsuz parklanma ilə bağlı problem HƏLLİNİ TAPDI - FOTO

249446

Paytaxtın Mirzə İbrahimov küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus parklanma yerinin qanunsuz zəbt olunduğunu xəbər vermişdik. Bir sıra hotel və restoranların yerləşdiyi küçədə AYNA-ya məxsus parklanma lövhələrinin yerləşdirilməsinə baxmayaraq ərazi qanunsuz mənimsənilərək gələn avtomobil sürücülərindən dayanacaq pulu tələb edilirdi. Hətta şəxsi maraqlar üçün əraziyə parklanma nişanları da qoyulmuşdu.

Qeyd edək ki, söhbət məşhur gürcü restoranı “U Dali”-nin qarşısındakı ərazidən gedir.

Məsələ ictimailəşəndən sonra AYNA əraziyə baxış keçirib və problem yoluna qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Mirzə İbrahimov küçəsində hotel və restoranlar “Azparking”in yerini necə ZƏBT EDİB?


Bu barədə Bizim.Media-ya qurumdan bildirilib. Şəxsi maraqlar üçün qoyulan parklanma nişanları ərazidən götürülüb.

Məlumat üçün bildirək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Əvvəlki vəziyyət:



Hazırki vəziyyət:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO