Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirlədirilən Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Əliyev 3 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Xəzər rayonu ərazisindəki "Ulduz" düşərgəsində baş verib. Həmin düşərgədə yaşayan R.Əliyevin həyat yoldaşı bir nəfərdən borc alıb. Həmin pulu qaytara bilmədiyi üçün qonşusu Samirdən borc pul istəyib. Bu proses bir neçə dəfə davam edib.
Ruslan həyat yoldaşının dəfələrlə Samirlə danışdığını və yazışdığını görüb və bu barədə ona xəbərdarlıq edib.
Sonuncu dəfə Ruslan yenə həyat yoldaşını Samirlə danışarkən tutub və ona iki bıçaq zərbəsi vurub.
Faktla bağlı cinayət işi başlayıb, R.Əliyev saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:29 / 15.05.2025
Bakıda ər başqa kişidən borc istəyən arvadını BIÇAQLADI
Hazırda oxunan: Bakıda ər başqa kişidən borc istəyən arvadını BIÇAQLADI
Hazırda oxunan: Bakıda ər başqa kişidən borc istəyən arvadını BIÇAQLADI
249428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.