Şuşada Ərdoğana Qarabağ atı hədiyyə edildi

Şuşada Ərdoğana Qarabağ atı hədiyyə edildi

Hazırda oxunan: Şuşada Ərdoğana Qarabağ atı hədiyyə edildi

24939

Xəbər verdiyimiz kimi ,  Şuşada Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya izləyiblər.

Bizim.Media xəbər verir ki, tədbir zamanı Türkiyə Prezidenti R.T. Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Cıdır düzündən paylaşım etdi - FOTO


“Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO