Premyer Liqanın sonuna iki tur qalmış birinici liqaya düşməsı dəqiqləşən “Səbail” klubu baş məşqçi ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, “dənizçilər” aşağı divizionda da hazırkı baş məşqçi Elvin Məmmədova güvənəcəklər.
Hazırda baş məşqçi səlahiyyətlərini icra edən Məmmədovla 1 illik müqavilə imzlanacaq.
Qeyd edək ki, Elvin Məmmədov əvvəlki baş məşqçi Cavid Hüseynovun istefasından sonra kluba rəhbərlik etməyə başlayıb.
Bizim.Media