Bakıda metro və avtobuslarda ONLAYN ÖDƏNİŞ problemi aradan qaldırıldı

Bakıda metro və avtobuslarda ONLAYN ÖDƏNİŞ problemi aradan qaldırıldı

Hazırda oxunan: Bakıda metro və avtobuslarda ONLAYN ÖDƏNİŞ problemi aradan qaldırıldı

249300

Bakıda metro və avtobuslarda onlayn ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yayıb.
 

Məlumata görə, bu gün “K Group” MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda saat 11:33-dən 12:15-dək onlayn ödəniş etmək mümkün olmayıb.


Bildirilir ki, hazırda problem aradan qaldırılıb, sərnişinlər ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.

Xatırladaq ki, bu gün paytaxtda ictimai nəqliyyatda QR-kodla ödəniş sistemində texniki nasazlıq yaranıb. Sərnişinlər avtobuslarda bu üsulla ödəniş edə bilmirlər. Nasazlıq “Birbank” və “m10” tətbiqi üzərindən ödəniş edən istifadəçilərin ciddi çətinliklə üzləşməsinə səbəb olub. Onlar QR kod yaratmağa çalışdıqda sistem “Xəta baş verdi” mesajı ilə cavab verib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO