“Microsoft” kompaniyası minlərlə əməkdaşının işdən azad ediləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, kompaniyadan ixtisarların ümumi işçi sayının üç faizindən azını əhatə edəcəyi bildirilib.
2024-cü il iyun ayının sonuna olan məlumata əsasən, “Microsoft” kompaniyasında 228 min nəfər çalışırdı. Beləliklə, işdən çıxarılacaq əməkdaşların dəqiq sayı göstərilməsə də, ixtisarların 6 min 800 nəfərə təsir edəcəyi məlum olur. Onlar müxtəlif regionları və vəzifələri əhatə edəcək.
Xatırladaq ki, “Microsoft” 2023-cü ilin əvvəlində təxminən 10 min nəfəri işdən çıxarmışdı.
“Microsoft” kompaniyası hazırda süni intellekt sahəsində fəaliyyət göstərən məlumat mərkəzlərinə böyük həcmdə investisiyalar yatırır. Şirkət iyun ayının sonunadək davam edəcək cari maliyyə ili çərçivəsində bu sahəyə təxminən 80 milyard dollar xərcləməyi planlaşdırır.
Bizim.Media