Bakıda avtobus zolaqları ilə bağlı YENİ AÇIQLAMA – VİDEO

Bakıda avtobus zolaqları ilə bağlı YENİ AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Bakıda avtobus zolaqları ilə bağlı YENİ AÇIQLAMA – VİDEO

249265

Avtobus zolağında qırıq xətt nişanı olmadığından, sürücülər zolağın sonundan dönməli olurlar. Paytaxtın əksər küçə və prospektlərindəki avtovbus zolaqlarında bu cür vəziyyət var.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin dönmə əməliyyatı etməsi üçün müvafiq nişanlama xətti olmalıdır.
 

Ekspert bildirib ki, sözügedən nişanlama xəttinin olmaması bəzən digər nəqliyyat vasitələrinə cərimə tətbiq edilməsinə səbəb olur.


Aslan Əsədov bildirib ki, bu səbəbdən həmin ərazilərdə monitorinqlər aparılıb yeni nişanlar çəkilməlidir.

Məsələyə Yerütsü Nəqliyyat Agentliyi də münasibət bildirib.

Qurumdan bildirib ki, avtobus zolaqları ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün ən sadə, lakin ən vacib elementlərdən biridir. Bu zolaqların təşkili avtobusların intervallara uyğun olaraq vaxtında çatmasını təmin etməklə yanaşı, onların istismar xərclərini azaltmağa da imkan verir.

Daha ətraflı videoda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO