Qubada DƏHŞƏT: Fəhlələri “tok” vurdu – ÖLƏN VAR

Qubada DƏHŞƏT: Fəhlələri “tok” vurdu – ÖLƏN VAR

Hazırda oxunan: Qubada DƏHŞƏT: Fəhlələri “tok” vurdu – ÖLƏN VAR

249252

Qubada bədbəxt hadisə yaşanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Qubanın Əski İqriq kəndində baş verən hadisə 1 nəfərin həyatına son qoyub.

Bakı sakini Fuad Əliyevin evində təmir işləri aparılarkən betonqarışdıran maşının borusu elektrik xəttinə toxunub. Bu zaman orada fəhlə işləyən iki Qobustan sakinini "tok"vurub. 25 yaşlı Əsəd Hüseynquliyev hadisə yerində keçinib. 24 yaşlı Şəmistan Yusibov isə Quba rayon xəstəxanasına yerləşdirilib.

Hadisənin motivləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO