Bağlandığı deyilən AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? — ARAŞDIRMA

Bağlandığı deyilən AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? — ARAŞDIRMA

Hazırda oxunan: Bağlandığı deyilən AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? — ARAŞDIRMA

249175

Xəbər verildiyi kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə demokrat.az-da yayımlanan yazıya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, AYNA-dan sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb.

Demokrat.az saytı məsələni araşdırmaq üçün İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin elektron hesabında "Van Der Val Internəşnl Transport, Baki" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində araşdırma aparıb.

Məlum olub ki, şirkət aktiv vergilər ödəyicisi siyahısına daxildir.

Nizamnamə kapitalı 750 min dollar olan şirkətin hazırda qanuni təmsilçisi Anar Rzayevin yaxın adamı sayılan Həsənov Emin Cəlil oğludur.


MMC-nin qanuni təmsilçisi dəyişsə də, əvvəlki kimi şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Sumqayit Şossesi, Ev 4 ünvanı göstərilir.


Ehtimal edilir ki, şirkətə məxsus 100-ə yaxın yük avtomobilləri başqa bir adla fəaliyyətini davam etdirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO