“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən AZAD EDİLDİ

“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən AZAD EDİLDİ

Hazırda oxunan: “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən AZAD EDİLDİ

249160

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti məlumat yayıb.
 

Məlumata görə, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub.


S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO