Azərbaycanda tutulan Türkmənistan vətəndaşı ölkəsinə qaytarıldı

Azərbaycanda tutulan Türkmənistan vətəndaşı ölkəsinə qaytarıldı

Hazırda oxunan: Azərbaycanda tutulan Türkmənistan vətəndaşı ölkəsinə qaytarıldı

249156

Azərbaycanda tutulmuş Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Saparov Atarejep Agajepbaroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Saparov Atarejep Agajepbaroviç şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməllərinin törədilməsində ittiham edildiyindən beynəlxalq axtarışa verilib, o cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO