Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-2026-cı tədris ili üçün idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri təqdim edilib.
Abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı müvafiq şərtləri ödədiyi halda onlar qabiliyyət imtahanlarına buraxılırlar.
Beləliklə, qabiliyyət imtahanlarına buraxılmaq üçün tələb olunan bal limiti 10 bal artırılıb. Belə ki, məşqçilik 70 bal, ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv bədən tərbiyəsi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üçün müsabiqə şərti 80 abl müəyyən edilib.
Bu isə sosial şəbəkələrdə müzakirələr və nazrazılığa səbəb olub. Bəziləri bu ixtisaslarda balların artırılmasına zərurətin olmadığı fikrini irəli sürüblər.
Bəs artıma səbəb nədir və bu qəbul planına necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, bu, daha çox buraxılış imtahanlarının nəticələrinin yaxşı olması ilə əlaqədardır:
“DİM tərəfindən V ixtisas qrupunda yer alan idman istiqamətindəki qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtində dəyişiklik olub. Ötən illə müqayisə etsək 10-15 bal keçid balın artıq formalaşacağı qeyd olunub. Bu il buraxılış imtahanlarının nəticələri ötən illə müqayisədə daha yaxşıdır. Yüksək və mediandan artıq bal toplayanların sayı ötən illə müqayisədə artıq olduğuna görə belə bir qərar alınıb. Digər bir qərar isə idman istiqaməti V ixtisas qrupunda əlçatan olduğu üçün qabiliyyəti olan, olmayan hər kəs bu istiqamətdə müsabiqəyə qatılırdı.
Bu da narazılıq yaradırdı. Nəticə etibarı ilə DİM konkret olaraq ixtisas istiqaməti üzrə marağı və istedadı olan şəxslərin prosesdə iştirak etmələrinə bir növ imkan yaratmış oldu. Hazırda sosial şəbəkələrdə bu müzakirə mövzusudur. Ona görə də hər kəs bilməlidir ki, dediyimiz faktlara əsasən belə bir qərar alınıb”.
O bildirib ki, ola bilər ki, təkcə idman istiqaməti yox, bəzi qabiliyyət yönümlü fdgər ixtisaslarda müsabiqə vəziyyəti dəyişsin:
“Müsabiqə şərti kimi 60-70 bala qədər arta bilər. Amma bu, müsabiqədə iştirak nəticəsidir. Ola bilər ki, qəbuldan sonra DİM müsabiqədə iştirak üçün 70 bal təyin etsə belə həmin ixtisasların keçid balları bəlkə də minimum 80-90 bal olacaq. Bu da ümumi müsabiqədə iştirak edən abituriyentlərin sayı və onların əldə etdiyi nəticələrdən asılı olaraq dəyişir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 14.05.2025
Bu ixtisaslar üçün keçid balı artırıldı – DİM-dən YENİ QƏRAR
Hazırda oxunan: Bu ixtisaslar üçün keçid balı artırıldı – DİM-dən YENİ QƏRAR
Hazırda oxunan: Bu ixtisaslar üçün keçid balı artırıldı – DİM-dən YENİ QƏRAR
249131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.