Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.
Bizim.Media xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış.
Bildirilib ki, Elgün İbrahimov şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür. (“Qafqazinfo”)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:52 / 13.05.2025
Küçədə döyülərək öldürülən məktəblinin FOTOSU
Hazırda oxunan: Küçədə döyülərək öldürülən məktəblinin FOTOSU
Hazırda oxunan: Küçədə döyülərək öldürülən məktəblinin FOTOSU
249127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.