Türkiyənin yerli avtomobili “TOGG” ilə “BMW” markalı avtomobilin iştirak etdiyi yol qəzası sosial mediada böyük maraq doğurub.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində “BMW”nin ön kapotunda ciddi zədələnmə, “TOGG”da isə yalnız səthi və kiçik bir zərər müşahidə olunub.
Sosial media istifadəçilərindən zarafat rəyləri
Qəzadan sonra yayılan fotoşəkillər sosial şəbəkələrdə zarafat və ironiya dolu şərhlərə səbəb olub. Bəzi istifadəçilər, "Əksər hallarda “TOGG”a arxadan dəyirlər, bu təsadüfdürmü?" kimi fikirlər bildiriblər. Digərləri isə, "”TOGG” yenə hadisə ilə heç əlaqəsi olmayan bir duruş sərgiləyir" deyərək avtomobilin sağlamlığına yumoristik yanaşıblar.
Daha əvvəl də bənzər hallar yaşanmışdı
“TOGG”un daha əvvəl baş verən oxşar qəzalarda da az zədə alması, yerli avtomobilin davamlılıq və təhlükəsizlik baxımından müsbət qarşılanmasına səbəb olub. Sosial media istifadəçiləri “TOGG”un performansını bir daha yüksək qiymətləndiriblər. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:43 / 13.05.2025
“TOGG” ilə “BMW” toqquşdu – Nəticə sosial mediada maraqla qarşılandı – FOTO
Hazırda oxunan: “TOGG” ilə “BMW” toqquşdu – Nəticə sosial mediada maraqla qarşılandı – FOTO
Hazırda oxunan: “TOGG” ilə “BMW” toqquşdu – Nəticə sosial mediada maraqla qarşılandı – FOTO
249121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.