Gec yatmaq kökəlməyə səbəb olur.
Bizim.Media xəbər verir ki, bu barədə amerikalı qastroenteroloq Saurabh Sethi "Surrey Live"ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, gecə yarısından sonra yatmaq vərdişi bağırsaq funksiyasına, hormonal səviyyələrə, psixi vəziyyətə mənfi təsir edir və çəki artımına səbəb olur.
Mütəxəssisin fikrincə, müntəzəm yuxu olmamasının ilk nəticələrindən biri iştahın artması ilə əlaqədar çəki artımıdır. Bunun ardınca apatiya, xroniki hal almış mənfi əhval-ruhiyyə və idrak qabiliyyətlərinin - yaddaş, konsentrasiya və düşüncənin pisləşməsi gəlir.
Doktor Sethi qeyd edib ki, zaman keçdikcə yuxu çatışmazlığı orqanizmin bütün sistemlərinə, ilk növbədə hormonların işinə, qaraciyər və bağırsaqların fəaliyyətinə təsir göstərməyə başlayır. O, müntəzəm olaraq gec yatmağın psixi sağlamlığı xeyli zəiflədə biləcəyini söyləyib.
Sethi fiziki və emosional rifahı qorumaq üçün hər gecə eyni vaxtda (gecə yarısından əvvəl olmaq şərti ilə) yatmağın vacib olduğunu vurğulayıb. Həkim yetkin insanların gündə ən azı 7-9 saat yatmalı olduğunu da diqqətə çatdırıb. (Publika.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:14 / 13.05.2025
Bu vərdiş insanları kökəldir
Hazırda oxunan: Bu vərdiş insanları kökəldir
Hazırda oxunan: Bu vərdiş insanları kökəldir
249103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.