Azərbaycanda 2 ay sonra qadağa qüvvəyə minir - Evlənənlərin sayı artdı - VİDEO

Azərbaycanda 2 ay sonra qadağa qüvvəyə minir - Evlənənlərin sayı artdı - VİDEO

Hazırda oxunan: Azərbaycanda 2 ay sonra qadağa qüvvəyə minir - Evlənənlərin sayı artdı - VİDEO

249102

Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı açıqlama verən sosioloq Üzeyir Şəfiyev uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirib.

Çünki Azərbaycanda qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur.

Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsirinin olduğu iddia edilir.

Millət vəkili Mehriban Vəliyeva isə bildirib ki, bu artımın qohum evlilikləri ilə bağlı olub-olmadığını qadağa qüvvəyə mindikdən sonra daha aydın bilmək mümkün olacaq. Əgər buna görədirsə, qadağa qüvvəyə mindikdən sonra nikah sayında azalma baş verəcək.

Qeyd edək ki, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. Qadağa iyulun 1-dən qüvvəyə minəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO