Qaraçay çayı üzərində yeni körpünün inşasına başlanıldı – FOTO-VİDEO

Qaraçay çayı üzərində yeni körpünün inşasına başlanıldı – FOTO-VİDEO

Hazırda oxunan: Qaraçay çayı üzərində yeni körpünün inşasına başlanıldı – FOTO-VİDEO

249091

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda körpüdə kənar dayaqların inşası aparılır.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub.

Hadisə yerinə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq təhlükəsizlik tədbirləri görülüb, körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb və qısa müddətdə əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər edilərək, bərpa işləri aparılb və körpü müvəqqəti olaraq istifadəyə verilib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO