Müharibə dövrünün SONU – Dünya yenidən sülh dönəminə QƏDƏM QOYUR...

Müharibə dövrünün SONU – Dünya yenidən sülh dönəminə QƏDƏM QOYUR...

Hazırda oxunan: Müharibə dövrünün SONU – Dünya yenidən sülh dönəminə QƏDƏM QOYUR...

249085

Dünənə qədər tarif müharibələri aparan ABŞ və Çin arasında Cenevrədə aparılan danışıqlar nəticə verib. Tərəflər ticarət balansındakı kəsirin azaldılması barədə razılığa gəliblər. Razılığa uyğun olaraq, Vaşinqton Pekinə qarşı tarif rüsumlarını 145 faizdən 30 faizə endirib. Çin isə həmin dərəcəni 125 faizdən 10 faizə salıb.

Bundan başqa, Vaşinqtonun Tehranla danışıqları da nəticə vermək üzrədir. Tərəflər arasında artıq 4-cü görüş baş tutub. Konkret nəticə olmasa da, prosesin müsbətə doğru getdiyi hiss olunmaqdadır.

Başlıcası isə Ukrayna ilə Rusiya da qeyd-şərtsiz atəşkəsə razılıqlarını ifadə ediblər. Mayın 15-də bu istiqamətdə tərəflərin İstanbulda görüşəcəyi gözlənilir.

Qəzza bəlgəsində də toqquşmalar əvvəlki tək intensiv deyil. Üstəlik, Pakistanla Hindistan da atəşkəs elan ediblər.

Bütün bunlar dünyada müharibə dövrünün sona çatdığını düşünməyə əsas verirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov düşünür ki, mövcud durumda müharibələrin mahiyyəti bir qədər arxa plana keçə bilər:

“Müharibələrin bitməsi hamı üçün vacibdir. Uzun sürən hərbi kampaniyaların sona çatması da həm prosesə cəlb edilən xalqların ürəyincədir, həm də dünya birliyinin rahatlanmasına şərait yaradan ənənədir. Tramp “müharibəsiz müharibə aparmaq” ideologiyasının tərəfdarıdır.

O, birinci dönəmində çalışaraq, dünya birliyinə hakim kəsiləcək iki mərkəzin demontajına nail oldu. Bunlar Atlantik və Sakit Okean birlikləridir. Fond birjalarının fəaliyyəti də yenidən qurulur. Dünya birliyindəki iqtisadi potensialın təyinatı da dəyişir. Nəhayətdə rəqəmsallaşmaya doğru hərəkat başlayır. Bu isə dünyada yeni ab-hava yaradacaq. Ola bilsin, müharibələr artıq öz dövrünü yaşayıb”.

Amma həmsöhbətimiz çoxsaylı silah-sursat istehsalı fonunda müharibələrin birdəfəlik aradan qaldırılacağına da inanmır:

“Güman ki, son dərəcədə eksklüziv məqamda savaşlar yenidən təşəkkül tapacaq. Dolların da dövrü başa çatmaq üzrədir. Yeni rəqəmsal valyutaların dövriyyəsi isə geniş təşəkkül tapmaq üzrədir. Belə olduğu halda bankların fəaliyyətində də böyük dəyişikliklər olacaq. İnsan resurslarının paylanmasında, təyinatında ciddi yeniliklər gözlənilir. Bazarların yenidən formalaşması da qaçılmaz olacaq. Bu fonda ola bilsin, müharibələrin mahiyyəti də bir qədər öz əhəmiyyətini itirsin. Lakin iqtisadi zəmindəki qarşıdurmalar heç zaman səngiməyəcək. Onların yeni təzahürlərini görəcəyik”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO