Qulu Novruzov TSİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü

Qulu Novruzov TSİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü

Hazırda oxunan: Qulu Novruzov TSİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü

249042
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu ilə görüşüb. Görüşdə Akademiya ilə TSİ arasında əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunmasının vacibliyini bildirən Qulu Novruzov hazırda bu sahədə müvafiq işlərin həyata keçirildiyini bildirib.xa0
TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu DGKA-da beynəlxalq standartların tətbiqinə dair görülən işlərdən məmnunluğunu ifadə edərək, təmsil etdiyi qurumun Akademiya ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Gülhan Yüzereroğlu Akademiyanın fəaliyyətinin inkişafında TSİ-nin hər cür dəstək olmağa hazır olduğunu bildirib.

DövlÉx99tDövlÉx99tDövlÉx99tDövlÉx99t
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO